Məşhurlarımız Röyanı, Tünzaləni, Miri Yusifi təbrik etdi

21 Oktyabr 2019 17:18 (UTC+04:00)

Prezident İlham Əliyev Azərbaycan Respublikasının estrada ifaçılarına “Xalq artisti” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. SİA-nın məlumatına görə, həmin siyahıda Röya Ayxanın, Miri Yusifin, Tünzalə Ağayevanın adı var.

Sözügedən məşhurları fəxri ad alması münasibəti ilə müğənni Əbdül Xalid, aparıcılar Günay və Zaur, stilist Samiraldo təbrik edərək, ünvanlarına xoş sözlər yağdırıblar.