“Putinlə görüşdən sonra Suriya ilə bağlı lazımi addımlar atılacaq"

21 Oktyabr 2019 16:15 (UTC+04:00)

Türkiyə lideri Rəcəb Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra Suriyada "lazımi addımlar atacağına" söz verib. SİA-nın xəbərinə görə, o bu barədə oktyabrın 21-də NTV telekanalı məlumat verib.

“Sabah Rusiyaya yola düşürük. Biz bu prosesi cənab Putinlə müzakirə edəcəyik və bundan sonra lazımi addımları atacağıq", - deyə Türkiyə prezidenti açıqlayıb.