Çilidə etiraz nəticəsində 10 nəfər öldü

21 Oktyabr 2019 09:49 (UTC+04:00)

Çilidə etirazlar nəticəsində 10 nəfər həlak olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, onların əksəriyyəti ticarət mərkəzlərindəki yanğınların qurbanı olub.

Bundan əvvəl 4 nəfərin öldüyü bildirilirdi.

Paytaxtın meri Karla Rubilar 5 nəfərin cəsədinin alt paltarları satılan yerdə tapıldığını açıqlayıb.

Mağaza bazar günü qarət edilib və daha sonra axşam yandırılıb.

Məlumat üçün nəzərinizə çatdıraq ki, Çilidə etiraz aksiyalarının səbəbi hakimiyyətin oktyabrın 6-da metro tariflərini 30 peso (0.042 dollar) artırmaq barədə qərarı olub. Oktyabrın 18-də başlayan aksiyalarda poplislə iştirakçılar arasında toqquşmalar baş verib. İnsanlar barrikadalar quraraq qiymətlərin artması ilə razılaşmadıqlarını bir çox metro stansiyalarına ziyan vurmaq, ticarət mərkəzlərini, eləcə də avtobusları yandırmaqla bildiriblər. Oktyabrın 19-da zirehli maşınlar Santyaqonun mərkəzinə gətirilib və ərazidə komendant saatı elan edilib.