Rusiyada su bəndinin uçması nəticəsində ölən işçilərin ailələrinə bir milyon rubl təzminat ödəniləcək

21 Oktyabr 2019 04:38 (UTC+04:00)

Rusiyanın Krasnoyarsk diyarında su anbarının bəndinin uçması nəticəsində qızıl mədən artelinin ölən işçilərinin ailələrinə bir milyon rubl vəsait ödəniləcək.

SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Əmək Nazirliyi məlumat yayıb.

Bildirilib ki, zərərçəkənlərə verilən sığorta müavinətlərinin miqdarı fərdi olaraq müəyyənləşdiriləcək.

Qeyd edək ki, oktyabrın 18-də Rusiyanın Krasnoyarsk diyarının Kurqan rayonunda Seyba çayı üzərindəki bəndin uçması nəticəsində qızıl mədənində çalışan 15 nəfər işçi həlak olmuşdu.