Qardaşının evində özünü bıçaqlayıb

20 Oktyabr 2019 21:54 (UTC+04:00)

Gəncə sakini özünə bıçaqla xəsarər yetirib.

SİA-nın bölgə muxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Muxtar Hacıyev küçəsində qeydə alınıb.

1980-ci il təvəllüdlü Quliyev Rauf Qələndər oğlu özünə bir neçə bıçaq zərbəsi vurub.

Yaralı qohumlarının yardımı ilə Gəncədə yerləşən xəstəxanalardan birinə gətirilib.

Faktla bağlı polisə məlumat verilib, araşdırma başlanılıb. Hadisənin təfərrüatları öyrənilir.