Bu gün İsveçrədə növbəti parlament seçkiləri keçirilir

20 Oktyabr 2019 14:17 (UTC+04:00)

Bu gün İsveçrədə növbəti parlament seçkiləri keçirilir.

SİA xəbər verir ki, seçki ərəfəsində keçirilən sorğularda solçu qüvvələrin qələbəsi proqnozlaşdırılır. Kiçik siyasi “zəlzələ” qarşısında duran ölkədə istənilən halda “yaşıl“ partiyaların daha çox seçici rəğbəti əldə edəcəyi şəksizdir. Ötən parlament seçkilərindən keçən dövr ərzində qaçqın və miqrasiya mövzusunun iqlim dəyişikliyi mövzusu ilə əvəzlənməsi də bu partiyaların işinə yarayır.

Seçkilərdə 4652 namizəd (2015-ci illə müqayisədə 23 faiz çox) parlamentdə 200 mandat uğrunda mübarizə aparır. Ötən seçkilərdə səsvermə hüququna malik əhalinin cəmi 48 faizinin seçki məntəqələrinə üz tutması, bu gün keçirilən seçkilərdə də seçici fəallığının aşağı olacağını proqnozlaşdırmağa əsas verir.