Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib

20 Oktyabr 2019 03:55 (UTC+04:00)

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə 9-cu mikrorayonda qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Raqif Ələkbərov naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.