Ərdoğan Trampla telefonda nə danışıb?

19 Oktyabr 2019 09:22 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp telefonla danışıb. Bu barədə dövlət başçıları özlərinin “Twitter” səhifələrində yazıblar.

Ərdoğanın paylaşımında deyilir: “Hörmətli Tramp ilə ikitərəfli məsələləri müzakirə etdik. Eləcə də, Suriyanın şimalında təhlükəsizlik zonasının yaradılması ilə bağlı da fikir mübadiləsi apardıq”.