BMT Türkiyə tərəfinin hərbi əməliyyatları dayandırmasından sonra Suriyadakı vəziyyəti qiymətləndirib

19 Oktyabr 2019 08:06 (UTC+04:00)

BMT Türkiyə tərəfinin hərbi əməliyyatları dayandırmasından sonra Suriyadakı vəziyyəti qiymətləndirib.

SİA xəbər verir ki, BMT Baş katibinin sözçüsü Stefan Dujarrik jurnalistlərə açıqlamasında bildirib ki, Suriyanın şimalında əksər ərazilərdə Türkiyə hərbi əməliyyatları dayandırıb, sakitlik hokum sürür: "Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələləri Koordinasiya İdarəsi bu gün atəşin davam etdiyi Ras əl-Ain istisna olmaqla, əksər ərazilərdə vəziyyətin sakit olduğunu bildirir".