1.12 milyard insanın izlədiyi dünya çempionatı

18 Oktyabr 2019 21:33 (UTC+04:00)

Fransanın bu il ev sahibliyi etdiyi qadınların dünya çempionatı izləyici rekordu qırıb. FİFA-nın rəsmi saytında yer alan məlumatda deyilir ki, bu il sözügedən turniri 1.12 milyard şəxs TV-dən canlı olaraq izləyib. Bu isə turnirin tarixi üçün rekorddur. ABŞ-ın Hollandiyaya 2:0 hesabı ilə qalib gələrək tarixində 4-də dəfə çempion olduğu final görüşünə isə 260 milyon insan baxıb. Bu, turnirin tarixində ən çox izlənilən matç olub. Qeyd edək ki, bundan əvvəlki rekord Kanadada keçirilən DÇ-2015-ə məxsus idi - 764 milyon.