Lənkəranda “Müstəqilliyimiz əbədidir,sarsılmazdır,dönməzdir !” adlı tədbir

18 Oktyabr 2019 18:37 (UTC+04:00)

Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə Lənkəran Şəhər Gənclər və İdman idarəsi tərəfindən 18 Oktyabr 2019-cu il tarixdə ulu öndər Heydər Əliyevin adına Lənkəran Şəhər Mərkəzi Parkında Dövlət Müstəqilliyi günü ilə əlaqədar 1500 nəfərə yaxın gəncin iştirakı ilə “Müstəqilliyimiz əbədidir,sarsılmazdır,dönməzdir !” adlı fləşmob keçirildi. SİA-nın məlumatına görə, flaşmob çərçivəsində gənclər coşqu ilə müstəqilliyə dair şüarlarla və dövlət bayraqları ilə meydana daxil olmuş, milli ruhlu müxtəlif musiqilərin müşayiəti ilə bir neçə rəqs nömrələri ilə çıxış etmiş, daha sonra 300 nəfərin iştirakı ilə Azərbaycan Respublikasın xəritəsi canlandırılmış, 24 nəfər gəncin iştirakı ilə ümummilli lider Heydər Əliyevin “Müstəqilliyimiz əbədidir” kəlamını dövlət xəritəsinin daxilində canlandırılıb.

Tədbirdə Lənkəran Dövlət Universiteti, Lənkəran Dövlət Humanitar Kolleci, Lənkəran Tibb Kolleci, Lənkəran Peşə Liseyi,Lənkəran Şəhər 4 saylı Humanitar təmayüllü Məktəb-Liseyi və Lənkəran Mədəniyyət Mərkəzi fəal iştirak ediblər.

Sərraf Mirsəfəroğlu