“Maşın” şounun qalibi bəlli oldu FOTO

18 Oktyabr 2019 15:11 (UTC+04:00)

“Maşın” realiti şousunda mübarizə başa çatıb. SİA-nın məlumatına görə, aparıcılar Suna Kasımoğlu və Lalə Mustafayevanın oyununda qalib müəyyənləşib.

Lalə Mustafayeva 50 min manat dəyərindəki avtomobilin sahibi olub.

Sosial şəbəkədə müğənni Kərim Abbasov L.Mustafayevanın fotosunu paylaşaraq, onu bu münasibətlə təbrik edib.