Dövlət Miqrasiya Xidməti miqrasiya orqanlarına qulluğa qəbul elan edir

2 Mart 2011 02:15 (UTC+04:00)

Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbulla əlaqədar Azərbaycan Respublikasının vətəndaşlarına 1 mart 2011-ci il tarixdən 8 aprel 2011-ci il tarixədək müsabiqə elan edir.

Qurumdan SİA-ya verilən xəbərə görə, miqrasiya orqanlarına qulluğa qəbul Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"nin və "Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi qaydaları haqqında Əsasnamə"nin tələblərinə uyğun olaraq aparılır.

Müsabiqədə yalnız vakant vəzifələrin tələblərinə cavab verən vətəndaşlar iştirak edə bilər.

Müsabiqəyə sənədlərin qəbulu müvafiq ərizə formasında aparılır. İştirak etmək istəyən vətəndaşlar tələblərə cavab verdikləri halda göstərilən müddət ərzində (şənbə və bazar günləri istisna olmaqla) müvafiq ərizə formasını doldurmalı və qanunvericilikdə nəzərdə tutulmuş digər sənədləri Dövlət Miqrasiya Xidmətinin Aparatının inzibati binasına - Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şossesi 202 ünvanına təqdim etməlidirlər.

Müsabiqəyə çıxarılmış vakant vəzifələr haqqında məlumatları Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsindən (www.migration.gov.az) əldə etmək olar.

Xarici dil biliklərinə malik olan vətəndaşlara müsabiqədə üstünlük verilir.

Müsabiqəyə çıxarılan vakant vəzifələrin S İ Y A H I S I

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Aparatı üzrə

1. Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsi, inspektor-2 yer;
2. Miqrasiya nəzarəti baş idarəsi, inspektor-2 yer;
3. Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsi, inspektor-4 yer;
4. Beynəlxalq əməkdaşlıq idarəsi, inspektor-2 yer;
5. Maliyyə, təminat və təchizat idarəsi, inspektor-3 yer.

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin
strukturuna daxil olan qurumlar üzrə

1. Bakı şəhər qanunsuz miqrantların saxlanılması mərkəzi, inspektor-6 yer;
2. Şirvan regional miqrasiya idarəsi, inspektor-3 yer;
3. Yevlax regional miqrasiya idarəsi, inspektor- 4 yer;
4. Yevlax şəhər qanunsuz miqrantların saxlanılması mərkəzi, inspektor-6 yer;
5. Lənkəran regional miqrasiya idarəsi, inspektor- 4 yer;
6. Xaçmaz regional miqrasiya idarəsi, inspektor-4 yer;
7. Tibb müəssisəsi, inspektor-həkim-4 yer.

Cəmi: 44 yer