Millimizin səfərdə Slovakiyaya qarşı keçirəcəyi matçın stadionu dəyişdirilib

18 Oktyabr 2019 02:09 (UTC+04:00)

Millimizin Avro-2020-nin seçmə mərhələsində səfərdə Slovakiyaya qarşı keçirəcəyi matçın stadionu dəyişdirilib.

SİA Slovakiya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, matç əvvəlcədən nəzərdə tutulduğu kimi paytaxt Bratislavadakı Milli Futbol Stadionunda yox, Trnava şəhərindəki Anton Malatinski adına stadionda olacaq.

Buna səbəb Paraqvayla yoldaşlıq görüşündən sonra Bratislavadsakı stadionun örtüyünün yararsız hala düşməsidir.

Qeyd edək ki, noyabrın 19-da keçiriləcək Slovakiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.