İstanbulda yeni zəlzələ olacaq?

17 Oktyabr 2019 20:18 (UTC+04:00)

İstanbul Texniki Universitetinin geologiya fakültəsinin mütəxəssisləri İstanbulda azı 5,8 bal gücündə zəlzələ ola biləcəyini proqnozlaşdırıb. Trend-in məlumatına görə, yeraltı təkanların İstanbulun Asiya hissəsində ola biləcəyi və böyük dağıntılara səbəb olacağı proqnozlaşdırılıb.

Xatırladaq ki, sentyabrın 26-da İstanbulda 5,8 bal gücündə zəlzələ baş verib, 450-dən çox tikiliyə ziyan dəyib. Qeyd edək ki, Türkiyə seysmik cəhətdən fəal ərazidə yerləşir.