Fermada qul kimi işlədilən ailə aşkar edilib - NİDERLANDDA

17 Oktyabr 2019 13:09 (UTC+04:00)

Niderland polisi Drenti vilayətinin Ruinervold kəndində baş verən dəhşətli hadisəni araşdırır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, yerli polis çərşənbə günü fermadakı evdə bir ailənin altı üzvünü kölə kimi saxlayan, onlardan qul kimi istifadə edən fermeri sorğu-suala tutub.

Məlum olub ki, 18-25 yaşlar arasında olduqları təxmin edilən 5 bacı-qardaş, eləcə də onların xəstə atası xeyli müddətdir ki, şübhəli qismində saxlanılan fermer tərəfindən istismar edilib. Polis faktları dəqiqləşdirir.

Məsələ burasındadır ki, yerli polisin fermanın sahibinin bu cinayətdə əlinin olub-olmadığını araşdırması prosesin xeyli uzanacağına bir işarədir. Şəhər meri Rocer de Qroot həbs edilən 58 yaşlı şəxsin uşaqların atası olmadığını deyib: "Həmin şəxs hələ də həbsdədir və sorğu-sual edilir. Hələ çox şey aydın deyil, orada baş verənlər araşdırılır".

Cinayət barədə məlumatı polisə ailənin 25 yaşlı bir üzvü fermadan qaçaraq yaxınlıqdakı bir kafedən yardım istəyəndən sonra verilib.