ABŞ prezidentinin Beynəlxalq Təhlükəsizlik məsələləri üzrə müşaviri Robert O'Brein ilə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu görüşüb.
Yerli vaxtla 10:30-da Çavuşoğlu və O'Brein arasında keçirilən görüşdə əsas gündəm “Sülh çeşməsi” hərəkatı olub.
Mətbuata qapalı keçirilən görüş təxminən 45 dəqiqə davam edib.
Bundan başqa Birləşmiş Ştatların vitse-prezidenti Maykl Pensin rəhbərliyindəki ABŞ nümayəndə heyətinin də Türkiyədə danışıqlar aparacağı gözlənilir.
Mirqəmər Mənsimova