Şahmatçımız dünya çempionatında 1 xal qazanıb

17 Oktyabr 2019 10:39 (UTC+04:00)

Hindistanın paytaxtı Dehlidə 20 yaşlı şahmatçılar arasında dünya çempionatında ölkəmizi təmsil edən Məhəmməd Muradlı ilk qələbəsini qazanıb.

SİA-nın məlumatına görə, təmsilçimiz hindistanlı rəqibi V.Raahulu məğlub edərək aktivinə 1 xal yazdırıb.

Xatırladaq ki, M.Muradlı birinci turda israilli Yoan Milikova məğlub olub.

On bir turdan ibarət dünya çempionatı İsveçrə sistemi üzrə keçirilir.