Əməkdar artist Elnarə Abdullayeva bir daha müğənnilərlə efirə çıxmayacaq. SİA-nın məlumatına görə, bu haqda ifaçı verilişlərin birində danışıb: "Bir daha heç bir müğənni ilə efirə çıxmayacam. Çünki məni buna vadar etdilər. Haqqımda müğənnilər xoş olmayan fikirlər səsləndirirlər. Bəzi ifaçılar elə bilirlər ki, bunlar guya çox böyük adamdırlar".