“Budur Paşinyanın siyasəti?” BALASANYAN

16 Oktyabr 2019 12:30 (UTC+04:00)

Qondarma “DQR”in general-leytenantı Vitali Balasanyan növbəti dəfə Ermənistanın baş naziri Nikol Paşinyanı hədəfə alıb. SİA news.am-a istinadən xəbər verir ki, Balasanyan Paşinyanın Levon Ter-Petrosyanın siyasətini təkrarlamaqda ittiham edib. Erməni general-leytenantın sözlərinə görə, Ter-Petrosyanın proqramı ondan ibarət olub ki, o Qarabağa Azərbaycanın tərkibində geniş muxtariyyət statusu verilməsinə razı idi və həmin proqramdan imtina etməmişdi.

“Ermənistanın Rusiya və İranla diplomatik əlaqələri pozulub”

Balasanyan həmçinin bildirib ki, bu gün Ermənistanla Rusiya arasındakı diplomatik kanallar dağıdılıb, eləcə də həmin amil Ermənistanla İran arasında da mövcuddur. “Paşinyanın ABŞ-la hansı danışıqlar aparması da hər kəsə məlumdur. O, ABŞ prezidentinin impiçment müəllifi Adam Şifflə görüşür. Budur Paşinyanın siyasəti?”, deyə o sual edib.

Ermənistanın baş nazirinin Qarabağın subyektliyinin artırılması vacibliyi bəyanatına da toxunan Balasanyan qeyd edib ki, Paşinyanın hakimiyyətə yiyələnməsindən sonra hakimiyyət bəyan etməyə başladı ki, Qarabağ Ermənstanın tərkib hissəsidir və o avqustun 5-də Xankəndində olarkən, həmin bəyanatı verdi.

“Paşinyan ağır dərəcədə səhv edir”

“Görünür, o bu vasitə ilə belə düşünürdü ki, ümumi rəhbərdir. Nikol Paşinyan ağır dərəcədə səhv edir. Bu, siyasət norması deyil. Bu təhlükəlidir və o bunu qəsdən etdi. Əminəm ki, Paşinyan Ter-Petrosyanın siyasətini yürüdür”, deyən erməni generalı erməni baş nazirinin vəziyyəti gərginləşdirdiyini də qeyd edib.

“Onun hakimiyyətə gəlməsindən öncəkilərdən imtina etmək lazım deyil”, bildirən Balasanyan indi də Paşinyanın yeni yanaşmalar ətrafında bəyan verdiyini bildirib: “Yəni ATƏT-in Minsk qrupunun 22 illik işi buxarlandı? Biz Azərbaycan prezidentinin bəyanatını, Lavrovun bəyanatını və xaricdən olan digər bəyanatları gördük və onların hər biri Paşinyanın bəyanatına mənfi münasibət göstərdilər. Ermənistanın hakimiyyəti il yarım ərzində buraxdıqları səhvlərini düzəltməlidirlər”.