Qarabağla Ermənistan arasındakı gərginlik artır

16 Oktyabr 2019 12:22 (UTC+04:00)

Ermənistan və Dağlıq Qarabağ arasındakı gərginlik cəmiyyətdə parçalanmaya səbəb olmaqdadır. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu "Daşnaksütyun" partiyasının siyasi məsələlər üzrə cavabdehi, “Ay Data” ofisinin rəhbəri Kiro Manoyan jurnalistlərlə görüşü zamanı deyib.
"Mən indi müzakirə etmək istəmirəm toyuq daha tez yaranıb yoxsa yumurta. Kimin başlamasının əhəmiyyəti vacib deyil. Dağlıq Qarabağla Ermənistan arasındakı gərginlik şəraitində atmosfer yaxşı ola bilməz və bu hətta Ermənistan cəmiyyətində parçalanmaya səbəb olur. Daha doğrusu, Qarabağla Ermənistan arasındakı gərginlik Ermənistan cəmiyyətində elə parçalanma deməkdir", deyə Kiro Manoyan bildirib.
Kiro Manoyan bütün bunların qarşısının alınmalı olduğunu da diqqətə çatdırıb.