Nikol uzun müddətdir ki, məsuliyyətdən qaçır

16 Oktyabr 2019 11:23 (UTC+04:00)

Robert Köçəryan hər kəsi məhv etmək üçün həbs olunub. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu, bu gün Stepanakertdə keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağın Təhlükəsizlik Şurasının keçmiş katibi Vitali Balasanyan deyib.

Məlumata görə, Balasanyan mətbuat konfransında Nikol Paşinyana sərt ittihamlar səsləndirib və onu bütün dəyərləri məhv etməkdə günahlandırıb.

“Ermənistanın baş naziri bütün köhnə dəyərləri məhv edib. Axı, hər şey Köçəryanla bitmir”, deyə Dağlıq Qarabağın Təhlükəsizlik Şurasının keçmiş katibi öz narazılığını ifadə edib.

Vitali Balasanyan qeyd edib ki, mayın 9-da İrəvanda olarkən "onu asfalt üstə sərmək" istəyirdilər.

"Nikol uzun müddətdir ki, məsuliyyətdən qaçır, bu şəxs heç vaxt öz üzərinə məsuliyyət götürməyib və məsuliyyət daşımayıb", deyə Vitali Balasanyan bildirib.