Binəqədidə 9 mərtəbəli binada yanğın olub

16 Oktyabr 2019 09:19 (UTC+04:00)

Binəqədidə 9 mərtəbəli binada yanğın olub. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 48 m² olan 3 otaqlı mənzilin mətbəxində 2 ədəd məişət avadanlığı və mebel qismən yanıb. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.