Əfqanıstanda partlayış ölən və yaralılar var

16 Oktyabr 2019 09:36 (UTC+04:00)

Əfqanıstanın şərqində Laqman əyalətində bomba yüklü yük maşının partlaması nəticəsində iki hərbçi ölüb, 26 nəfər yaralanıb. SİA bu barədə xarici mətbuata istinadən xəbər verir. Məlumata görə, yaralananlar arasında 20 mülki vətəndaş, 6 hərbçi olub.

Partlayışın polis qərargahının yaxınlığında baş verdiyi qeyd olunur.