“FIDE Grand Swiss 2019” turnirinin altıncı turunun oyunları yekunlaşıb

16 Oktyabr 2019 09:31 (UTC+04:00)

Böyük Britaniyanın Men adasında şahmat üzrə “FIDE Grand Swiss 2019” turnirinin altıncı turunun oyunları başa çatıb.

SİA-nın məlumatına görə, şahmatçılarımız Nicat Abbasov ermənistanlı Qabriel Sarkisyan, Rauf Məmmədov rusiyalı Vladislav Artemiyev, Eltac Səfərli argentinalı Maksim Çiqaevlə heç-heçə edib. Vasif Durarbəyli isə israilli Ariel Erenberqə məğlub olub.

Altı turun yekununda R.Məmmədov və N.Abbasov hərəyə 3,5 xal qazanıblar. E.Səfərlinin 3, V.Durarbəylinin isə 2 xalı var.

İddiaçılar turnirinə vəsiqə qazandıracaq turnirə oktyabrın 21-də yekun vurulacaq.