Gürcüstanda zəlzələ olub

16 Oktyabr 2019 01:58 (UTC+04:00)

Oktyabrın 15-də axşam saatlarında Gürcüstanın İmereti regionunda 4,6 bal gücündə zəlzələ baş verib.

SİA xəbər verir ki, bu barədə Gürcüstanın Milli Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar Xaraqauli qəsəbəsindən 8 kilometr aralıda Çalxeeti kəndində qeydə alınıb.

Tələfat və dağıntı barədə məlumat verilmir.