Türkiyə ordusu Suriyada iki şəhid verib

16 Oktyabr 2019 00:02 (UTC+04:00)

Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində antiterror əməliyyatı aparan qoşun birləşmələrində təmsil olunan hərbçilərdən ikisi şəhid olub, yeddisi yaralanıb. Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, Münbiç bölgəsində baş verən hadisə terrorçuların türk hərbçilərini toplardan və raketlərdən atəşə tutması nəticəsində baş verib. Nazirlik şəhidlərin ailələrinə başsağlığı verib.