İbrahimoviç ən yaxşı oyunçu adına namizədlər arasında

15 Oktyabr 2019 22:17 (UTC+04:00)

ABŞ-ın MLS Liqasında mövsümün ən yaxşı oyunçusu adına namizədlər bəlli olub. Bu barədə turnirin rəsmi saytı məlumat yayıb. Ən yaxşı oyunçu adına “Los Anceles Qalaksi”dən Zlatan İbrahimoviç, “Atlanta Yunayted”dən Josef Martines və “Los Anceles”dən Karlos Vela namizəd göstərilib. Qeyd edək ki, İbrahimoviç bu mövsüm 30, Vela 34, Martines isə 29 qol vurub.