Pərvanə AXCP-“Milli Şura” “liderlərini” və trollarını susdurdu “Alooo müxalifət, bəsdirin!!!"

15 Oktyabr 2019 17:25 (UTC+04:00)

Bir neçə gündür sosial şəbəkələrin qəhrəmanına çevrilmiş Pərvanə Əhmədovanın yeni videomüraciəti yayılıb. SİA xəbər verir ki, növbəti müraciətində "Milli Şura"nın oktyabrın 8-də Bakı Şəhər İcra Hakimiyyətinin önündə təşkil edilmiş etiraz aksiyası zamanı iqtidar dəstəkçisi Maqsud Mahmudovla söz polemikasına girmiş Pərvanə Əhmədova bu dəfə radikal müxalifət düşərgəsinə səslənərək, onları sərt şəkildə tənqid atəşinə tutub. Haqqında şayiə yayıldığını deyən Pərvanə xüsusilə AXCP və "Milli Şura" trollarına özünəməxsus ifadə ilə səslənərək deyib ki, o heç bir təzyiqə məruz qalmayıb və hazırda siyasi proseslərdən kənara çəkilərək, qohumlarının evində istirahət edir.

"Alooo, müxalifət, bəsdirin!!! Məni öz oyunlarınızda alət etməyin!" deyərək, radikal müxalifət "liderlərinə" və onların trollarına müraciət edən Pərvanə Əhmədova onların səs-küylü iddialarını alt-üst edib.

Videomüraciətə Yoyutube sosial şəbəkəsindən bu linkə tıklayaraq baxa bilərsiniz:

https://www.youtube.com/results?search_query=P%C9%99rvan%C9%99+%C6%8Fhm%C9%99dova+m%C3%BCraci%C9%99t+yay%C4%B1b%3A+%22Alooo%2C+m%C3%BCxalif%C9%99t%2C+b%C9%99sdirin%21%22

Rövşən RƏSULOV