İcra Hakimiyyəti ilə razılaşdırılmayan istənilən mitinqin qarşısı alınacaq BŞBPİ

15 Oktyabr 2019 16:50 (UTC+04:00)

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) müxalifətin Bakıda keçirmək istədiyi icazəsiz mitinqlə bağlı məlumat yayıb.

İdarənin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev SİA-ya bildirib ki, qanunvericiliyə uyğun olaraq, paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayan istənilən siyasi aksiyanın, yaxud mitinqin qarşısı qətiyyətlə alınacaq: “Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsi qanunla müəyyən edilir. Polis yalnız qanunvericilik çərçivəsində paytaxtda hüquq qaydasının təmin olunmasında üzərinə düşən vəzifələri həyata keçirəcək”.

Xatırladaq ki, müxalifət oktyabrın 19-da Bakıda mitinq keçirəcəyi barədə məlumat yayaraq çağırış edib.