Azərbaycan Aykido Mərkəzində beynəlxalq seminar keçiriləcək

15 Oktyabr 2019 16:47 (UTC+04:00)

Oktyabrın 26-27-də Azərbaycan Aykido Mərkəzində Avrasiya Aikido Təşkilatını yaradıcısı və texniki direktoru Nəbi Vuralın rəhbərliyi altında beynəlxalq seminar keçiriləcək.

SİA-nın məlumatına görə, seminara Gəncə, Oğuz, Şəki, Göyçay, Lənkaran və Astaradan idmançı və məşqçilər qatılacaqlar.

N.Vural 40 ildən artıq aikido ilə məşğul olur. O, Fransada ustad N.Tamuranın rəhbərliyi altında idmanın bu növünü öyrənməyə başlayıb. Ustad N.Tamura aikidonun banisi O-Sensey Morihey Ueşibanın tələbəsi olub. N.Vuralı ölkəmizə Azərbaycan Aykido Federasiyasının prezidenti 6-dan Sensey Fərhad Ələsgərov dəvət edib.

Ümumilikdə 200 nəfərin qatılacağı seminarda Rusiya, Fransa, Türkiyə və İrandan olan nümayəndələr də iştirak edəcəklər.