Rusiya Müdafiə Nazirliyi, Suriya hökumət ordusunun Mənbic şəhəri və yaxınlığındakı yaşayış məntəqələrində nəzarəti təmin etdiyini açıqlayıb. Nazirliyin məlumatında deyilir ki, ABŞ qüvvələri Dadat və Umm-Mial yaşayış məntəqələrindəki bazalarını tərk ediblər. SİA-nın verdiyi məlumata görə, ABŞ hərbçiləri Suriyanın İraqla sərhədinə çəkilib.
Hal-hazırda bu yaşayış məntəqələrini Suriya ordusu tutub. Həmçinin Türkiyə tərəfi ilə qarşılıqlı fəaliyyət təmin edilib.