Sumqayıtda gimnastika üzrə yarış təşkil olunacaq

15 Oktyabr 2019 15:55 (UTC+04:00)

Gimnastika üzrə ilin sonuncu yerli yarışı Sumqayıtda təşkil olunacaq. SİA-nın xəbərinə görə, Sumqayıt noyabrın 15-16-da dörd gimnastika növü – kişi və qadın idman gimnastikası, akrobatika və aerobika üzrə yarışlara ev sahibliyi edəcək.

Kişi və qadın idman gimnastikası üzrə 26-cı Azərbaycan çempionatı və Bakı birinciliyi, akrobatika üzrə 26-cı ölkə və paytaxt çempionatı və aerobika üzrə 5-ci Azərbaycan çempionatı və Bakı birinciliyi Sumqayıt Olimpiya İdman Kompleksində keçiriləcək.

İlkin qeydiyyat siyahısına əsasən yarışlarda Bakı klubları ilə yanaşı, Sumqayıt, Balakən və Şabran təmsilçiləri də qalib olmaq üçün mübarizə aparacaqlar.