"Hədəflərimizə çatana qədər mübarizəmizi davam etdirəcəyik"

15 Oktyabr 2019 13:38 (UTC+04:00)

"Bu gün bölgəmizdə sülhə, əmin-amanlığa ən böyük təhdid terror təşilatlarıdır. PKK, YPK, İŞİD, FETO kimi şər şəbəkələrinin varlığı təhlükəsizlik sahəsində iş birliyimizin səviyyəsini artırıb". SİA-nın xəbərinə görə, bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammitində çıxış edərkən deyib.

O bildirib ki, Suriyada son 8 ildə yaşananlar bir terror təşkilatı vasitəsilə digər terror təşkilatına qalib gəlməyin mümkün olmadığını göstərib: "Ölkə olaraq PKK-YPG-yə qarşı oktyabrın 9-da çox önəmli addım atdıq. "Sülh bulağı" adlı əməliyyatının iki məqsədi var. Onlardan birinicisi, Suriyanın şimalında PKK YPG qaynaqlı terror təhdidinin tamamilə aradan qaldırılmasıdır. Hərəkatın ikinci qayəsi isə 8 ildir qonaq etdiyimiz 3 milyon 650 min suriyalı ərəbin öz vətənlərinə dinc yolla dönə bilməməsidir. Hazırda 350 min kürdü ölkəmizdə qonaq edirik. Bu gün "Sülh bulağı" əməliyyatının 7-ci günündəyik. BMT-nin 74-cü Baş Assambleyasında bütün dünya ilə Suriyanın şimalında təhlükəsizlik xonasına dair bölşüdüyümüz plana uyğun olaraq, əməliyyatımız uğurla davam etməkdədir".

R.T.Ərdoğan bu gün səhərə olan məlumata görə, Suriyanın şimalında 1000 kvadrat kilometrə qədər olan ərazisini bölücü terror təşkilatının işğalından xilas etdiklərini açıqlayıb.

Onun sözlərinə görə, qısa zaman içində Menbicdən İraq sərhədlərinə qədər ərazini güvənli vəziyyətə gətirib: "İlk etapda 1 milyondan və daha sonra 2 milyon suriyalı qaçqının öz evlərinə öz istəkləri ilə qayıtmasını təmin edəcəyik. Suriyanın şimalı "Sülh bulağı" ilə yenidən yaşıllaşana, hədəflərimizə çatana qədər mübarizəmizi davam etdirəcəyik. Türkiyənin terrora qarşı apardığı haqlı mübarizəyə siz qardaş ölkələrdən güclü dəstək gözləyirik. əməliyyat başlandıqdan bu günə qədər əməliyyata dəstək verən bütün ölkə liderlərinə təşəkkür edirəm".