Azərbaycan Ukraynanın hüquq-mühafizə orqanlarına nota göndərilib

15 Oktyabr 2019 13:30 (UTC+04:00)

Bir neçə gün öncə Kiyevdə Azərbaycan vətəndaşı Cavid Hacıyevin qətlə yetirilməsi faktı ilə əlaqədar olaraq Ukraynanın hüquq-mühafizə orqanlarına nota göndərilib.

Bu barədə SİA-ya Azərbaycanın Ukraynadakı səfirliyindən bildirilib.

Məlumata görə, cinayəti törətməkdə şübhəli bilinən Əli Abdullayevin tezliklə tutularaq məhkəmə qarşısına çıxarılması üçün beynəlxalq axtarış elan edilib, əməliyyat-axtarış tədbirləri və işin gedişatı səfirliyin tam nəzarətində saxlanılır.