Türk Şurası türdilli ölkələrə önəmli töhfələr verir

15 Oktyabr 2019 10:06 (UTC+04:00)

Türk Şurası ölkələrimiz arasında inteqrasiyanın daha da gücləndirilməsinə müsbət təsir edir. SİA xəbər verir ki, bunu oktyabrın 14-də Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ ) VII Zirvə Görüşü çərçivəsində keçirilən biznes forumda TDƏŞ Baş katibi Bağdad Amreyev öz çıxışı zamanı deyib.

Bağdad Amreyev bildirib ki, Türk Şurası ölkələrimiz arasında inteqrasiyanın daha da gücləndirilməsinə, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə önəmli töhfələr verir. Baş katib həmçinin Bakıda keçirilən biznes forumun təşkilata üzv ölkələrin biznes dairələri arasında işgüzar əlaqələrin inkişafı baxımından əhəmiyyətini xüsusilə vurğulayıb.