Azərbaycandan olan Qafqaz cins arıları dünyanın ən yaxşı arılarıdır. Bunu Trend-ə bu gün Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələri ilə birgə bal yarmarkasında olan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Melek Çakmak deyib. Onun sözlərinə görə, buna səbəb həmin arıların xortumunun digər arılardan fərqli olmasıdır: “Azərabycanda olan arıların xortumu digər arılardan fərqli olaraq daha uzundurlar və buna görə də, onlar çiçəklərin ən dərinliyində olan şirələri sovura bilirlər. Beləcə də, bu cür yolla əldə olunan bal ən yüksək keyfiyyətli baldır”.