“Barselona” 16 yaşlı hücumçuya yeni müqavilə təklif edir

14 Oktyabr 2019 20:30 (UTC+04:00)

“Barselona” gənc futbolçusu Ansu Fati ilə yeni müqavilə imzalamağa hazırlaşır. "Mundo Deportivo"nun yazdığına görə, Kataloniya klubu 16 yaşlı hücumçunun transfer dəyərini yüksəltmək istəyir. La Liqa təmsilçisi futbolçu üçün 200 miliyon avro qiymət qoymağı planlaşdırır. Qeyd edək ki, A.Fati bu mövsüm “Barselona”nın heyətində 6 matçda 2 qol vurub və 1 məhsuldar ötürmə verib