"Bölgəmizdəki yeganə İŞİD həbsxanası boşaldılıb" Hulusi Akar

14 Oktyabr 2019 16:51 (UTC+04:00)

"Bölgəmizdəki yeganə İŞİD həbsxanası boşaldılıb. YPG-nin İŞİD-çiləri qaçırdığını müəyyən etdik". SİA-nın "Star"a istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar açıqlayıb.

"Barış Pınarı" əməliyyatının gedişatı ilə bağlı jurnalistlərə açıqlama verən Akar bildirib: "Əməliyyat müvəfəqiyyətlə davam edir. Tel Abyad və Rasulyan nəzarət altındadır. Bölgənin nəzarəti ilə bağlı işlər davam edir. İŞİD-lə bağlı əlimizdən gələni edirik. Ancaq bölgəmizdə bir İŞİD həbsxanası var idi, o da biz getdiyimizdə PYD tərəfindən boşaldılmışdı. Bunun fotolarını çəkdik. YPG-nin İŞİD-çiləri qaçırdığını müəyyən etdik", Akar bildirib.

Onun sözlərinə görə, Türkiyə yalnız YPG-yə deyil İŞİD başda olmaqla bütün terror təşkilatlarına qarşı mübarizə aparır.