“Paşinyan çox ciddi siyasi nokauta düşdü ” RƏY-ÖZƏL

14 Oktyabr 2019 16:21 (UTC+04:00)

"MDB dövlət başçılarının Aşqabadda ki, iclasın gündəliyinə salınan məsələlərdən biridə Böyük Vətən Müharibəsində qələbənin 75 illik münasibəti ilə MDB xalqlarına dövlət başçılarının müraciəti idi". Bunu SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev çıxışında bildirdi ki, MDB məkanında faşizmin qəhrəmanlaşdırılması yolverilməzdir: "Ermənistanın nümunəsində belə bir halın baş verdiyini qeyd etdi. Qeyd etdi ki, faşizmə qulluq edərək dinc əhalinin kütləvi qətlə yetirilməsində yaxından iştirak etmiş, faşizm cəbhəsində SSRİ-yə qarşı vuruşmuş Qarigen Njdeyə 6 metrlik heykəlin qoyulması MDB məkanında ciddi etiraz doğurur. Eyni zamanda, Prezident İlham Əliyev faktlara istinad etdi, qeyd etdi ki, Rusiyanın müdafiə nazirliyinin nəşr etdirdiyi çox cildliyin 6-cı cildində məhz Qarigen Njde haqqında məqamlar yer almışdır və onun faşizmin xidmətçilərindən biri olduğunu öz təsdiqini tapmışdır. Ona görə də, 25 il həbs cəzası alaraq, Vladimir təcridxanasında da ölmüşdür. Bu təbii ki, Prezident İlham Əliyevin tutarlı mənbələrə istinad edərək səsləndirdiyi fikirlər idi və bununla da bir daha diqqətə çatdırdı ki, erməni xalqı faşist ideologiyasını, insanlığa qarşı olan hərəkətləri dəstəkləyir və buna nümunə də göstərdi. Qeyd etmək lazımdır ki, məsələ ilə bağlı Rusiyanın xarici işlər nazirliyinin yaydığı hesabatda da məqamlar yer almışdır. Orda da Qarigen Njdenin nəyə görə həbs olunması aydın şəkildə göstərilmişdir. Məsələnin maraqlı tərəfi Paşinyanın əsasız, arqumentləşdirilməmiş cavabı ilə bağlıdır. Prezident İlham Əliyev Qarigen Njdenin konkret olaraq nəyə görə cəzalandırıldığını səsləndirir, amma Paşinyan cavab verməyə çalışır deyir ki, 1918-ci ildə Qarigen Njde Osmanlılara qarşı mübarizə apararaq erməniləri məhvdən qurtarmışdır, olduqca uğursuz bir cavab idi. Çünki Qarigen Njdenin 1948-ci ildə konkret olaraq nəyə görə, həbs olunduğu mənbələrdə göstərilmişdir. Paşinyan bununla bir daha Prezident İlham Əliyevin qarşısında çox ciddi siyasi nokauta düşdü. Qarigen Njdeni müdafiə etməyə çalışan Paşinyan özü də bilmədən Rusiyanın yaydığı mənbələri təsdiq etdi. Hansı ki, Prezident İlham Əliyev öz çıxışında o mənbələrə istinad etmişdir. Bununla da qeyd etmək istəyirəm ki, Prezident İlham Əliyev növbəti dəfə təkcə Paşinyanın üzərində deyil, Ermənistanın üzərində ciddi siyasi qələbəsini qazandı".