“Qarabağ” Futbol Klubu Aprel şəhidlərinin övladlarını bazasına dəvət edib.
SİA-nın məlumatına görə, Ağdam təmsilçisiləri ilə görüşdə azyaşlılar komandanın məşqini izləyib və daha sonra baza ilə tanış olublar.
Şəhid övladları klubun bazasında bir gün keçiriblər.