Akademiklə vida mərasimi BDU-da keçiriləcək

14 Oktyabr 2019 10:20 (UTC+04:00)

Akademik Vasim Məmmədəliyevlə vida mərasimi Bakı Dövlət Universitetində (BDU) keçiriləcək. BDU-dan SİA-ya verilən məlumata görə, mərasim bu gün saat 13:00-dan 15:00-dək davam edəcək.

Xatırladaq ki, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası kafedrasının müdiri, akademik Vasim Məmmədəliyev ötən gün 77 yaşında dünyasını dəyişib.