“Hagibis” qurbanlarının sayı 39 nəfərə çatıb

14 Oktyabr 2019 10:03 (UTC+04:00)

Yaponiyada “Hagibis” qasırğası nəticəsində yaranan sel torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 39 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu rəqəmin 33 nəfər olduğu açıqlanmışdı.

Təbiət hadisəsi nəticəsində 17 nəfərin itkin düşdüyü, 189 nəfərin yaralandığı bildirilir.

Məlumata görə, təxminən 136 min ev susuz, 4,3 min evi isə ışıqsız qalıb.

Güclü külək və leysan yağışları ilə müşayiət olunan qasırğa nəticəsində torpaq sürüşməsi baş verib. Eyni zamanda “Narita” hava limanında uçuşlar gecikir.

Yaponiya polisi, yanğınsöndürmə xidmətləri və özünümüdafiə qüvvələri 11 prefekturada axtarış-xilasetmə işlərini davam etdirir. Təsirə məruz qalan ərazilərin minlərlə sakini evakuasiya mərkəzlərində qalır.