Bakıda Rusiyanın Xalq artisti, tanınmış pianoçu Nikolay Luqanskinin iştirakı ilə konsert olub

13 Oktyabr 2019 23:11 (UTC+04:00)

Oktyabrın 13-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Rusiyanın Xalq artisti, tanınmış pianoçu, Moskva Dövlət Filarmoniyasının solisti Nikolay Luqanskinin iştirakı ilə konsert olub.

SİA "AZƏRTAC"a istinadən xəbər verir ki, konsert Azərbaycan və Rusiyanın Mədəniyyət nazirliklərinin dəstəyi ilə təşkil edilib.

Nikolay Luqanskinin və Xalq artisti Rauf Abdullayevin rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Sergey Prokofyevin 2 nömrəli fortepiano üçün konserti və İohannes Bramsın 1 nömrəli simfoniyası səsləndirilib.