Gəncədə beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yanğın olub

13 Oktyabr 2019 20:29 (UTC+04:00)

Gəncə şəhərində beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən, ümumi sahəsi 66 m² olan 3 otaqlı mənzilin 2 otağının yanar konstruksiyaları 25 m² sahədə və binanın dam örtüyü 8 m² sahədə yanıb.

SİA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın zamanı 1 nəfər xəsarət alıb və 3 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə edilib.

Mənzilin və dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.