Türk Şurası Gənclər Platformasının ilk Baş Assambleyası keçirilib

13 Oktyabr 2019 12:11 (UTC+04:00)

Oktyabrın 13-də Bakıda, Türk Şurası Gənclər Platformasının ilk Baş Assambleyası keçirilib. SİA-nın məlumatına görə, iki gün davam edəcək birinci Baş Assambleyaının açılış mərasimində giriş sözləri ilə çıxış edən Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev bildirdi ki, "2018-ci ilin sentyabrında Çolpan Ata şəhərində keçirilmiş Türk Şurasının VI Zirfə görüşünün mövzusu gənclər və idman məsələlərinə həsr olunmuşdu.

Zirvə Görüşünün yekunu olaraq qəbul edilmiş bəyannamədə ölkə başçıları bu sahədə görülümüş işləri yüksək qiymətləndirmiş və Türk Şurası Gənclər Platformasının fəaliyyətə başlaması üçün zəruri addımların atılmasına dair təlimat veriblər. Azərbaycan təşəbbüslə çıxış edərək, Baş Assambleyanın Bakıda keçirilməsi təklifini irəli sürüb".

Daha sonra, Türk Şurasının Baş katibi Bağdad Amriyev bildirdi ki, "Assambleyanın keçirilməsi gənclərimiz arasında idmanın, mədəniyyətin və digər mənəvi dəyərlərimizin təbliğində də önəmli rolu vardır".

Baş Assambleyaının iclasında Gənclər və İdman naziri Azad Rəhimov "Türk Şurası Zirvə Toplantısı ərəfəsində öncəsi ilk tədbirdə gənclər bir araya gəlib fikir mübadiləsi aparacaq və əməkdaşlıq üçün yeni yolları müzakirə edəcəklər. Beləliklə, Bakıda gənclərin beynəlxalq əməkdaşlığı istiqamətində yeni bir ənənənin təməli qoyulacaq. Bu tarixi hadisə həm də ölkələr arasında mövcud olan əməkdaşlığa yeni bir səhifə açır" deyərək fikirlərini bildirdi.

Digər çıxışçılar arasında "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov, Qazaxıstan nümayyəndəsi Toktar Boluşov vəTürkiyyə nümaəndəsi Serdar Bayram da Türk Şurası Gənclər Platformasının Baş Assambleyasının əhəmiyyətlərindən danışdılar.

Sabah ikinci iclas günündə Baş Assmbleyada Türk Şurası Gənclər Platformasının idarə heyəti, sədr və sədr müavinlərinin seçilməsi, o cümlədən növbəti illər üçün fəaliyyət planının və Zirvə Görüşünə təqdim etmək gənclərin tövsiyələrinın hazırlanması nəzərdə tutulub.