Polşada parlament seçkiləri keçirilir

13 Oktyabr 2019 10:30 (UTC+04:00)
Oktyabrın 13-də Polşada parlament seçkiləri keçirilir. SİA-nın TASS agentliyinə istinadən məlumatına görə, səsvermə nəticəsində Seymə 460, Senata isə 100 deputat seçilməlidir. Seçki məntəqələri yerli vaxtla saat 07:00-da açılıb və saat 21:00-da bağlanacaq. Polşa Dövlət Seçki Komissiyasının məlumatına görə, ölkədə səsvermə hüququna malik 30 milyon 111 min 281 seçici var.