Bu gün Azərbaycan Macarıstan komandası ilə qarşılaşacaq

13 Oktyabr 2019 08:54 (UTC+04:00)
Bu gün futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin E qrupunda Azərbaycan milli komandası Macarıstan yığması ilə qarşılaşacaq. SİA-nın məlumatına görə, Budapeştdə, "Groupama Arena"da baş tutacaq oyun Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Qeyd edək ki, futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində 4 qrupda 9 qarşılaşma təşkil olunacaq. C, E və G qruplarında iki, I qrupunda isə 3 oyun baş tutacaq. Macarıstan yığmasının 9 xalı (6 oyuna), Azərbaycan milli komandasının isə 1 (5 oyuna) xalı var. AVRO-2020 E qrupu 20:00. Macarıstan - Azərbaycan "Groupama Arena".