Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

12 Oktyabr 2019 22:29 (UTC+04:00)

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SİA xəbər verir ki, qəza Sumqayıtdan Hacı Zeynalabdin qəsəbəsinə doğru gedən avtomobil yolunda qeydə alınıb.

Belə ki, Sumqayıt Texnologiyalar Parkının qarşısından keçən avtomobil magistralında yolu keçmək istəyən piyada 1977-ci il təvəllüdlü Hüseynov Ramil Niftəli oğlunu avtomobil vurub. Nəticədə piyada hadisə yerində ölüb. Hadisəni törədən sürücü hadisə yerindən yayınıb.

Faktla bağlı araşdırma aparılır.