FHN qonşu ölkələrə müraciət etdi

12 Oktyabr 2019 17:36 (UTC+04:00)

Oktyabrın 8-də Xəzər dənizində itkin düşmüş dörd balıqçıdan sonuncusunun axtarışları Fövqəladə Hallar Nazirliyinin (FHN) bir helikopteri cəlb olunmaqla tərəfindən davam etdirilir. FHN-in mətbuat xidmətindən SİA-ya bildiriblər ki, hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi Qazaxıstan Daxili İşlər Nazirliyinə, Rusiya Fövqəladə Hallar Nazirliyinə və Türkmənistan Müdafiə Nazirliyinə tərəfindən müraciət edib. Həmçinin xilas edilən üç balıqçıdan biri hadisə yerinin bir daha dəqiqləşdirilməsi məqsədilə helikopterdə axtarış-xilasetmə işlərinə cəlb olunub.

Axtarışlar nəticəsində “ABA1074” seriyalı kiçik həcmli motorlu qayıq yararsız hala düşmüş vəziyyətdə tapılıb, lakin ərazidə insan faktoru aşkar olunmayıb. Axtarış-xilasetmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.